Təcrübə Proqramı təltifetmə tədbiri- İyul sessiyası
AFB Bank olaraq, gənc istedadların inkişafına dəstək vermək və onları peşəkar mühitlə tanış etmək məqsədilə Təcrübə Proqramımızın İyul sessiyasını uğurla tamamladıq. Proqramı bitirən iştirakçılar Sertifikat Təqdimetməsi tədbirində göstərdikləri əzmkarlıq və öyrənmə istəyi ilə dəyərləndirildi. Tədbir zamanı iştirakçılarla aparılan açıq dialoq, onların təcrübələrini və rəyini öyrənmək imkanı yaratdı. Toplanan təkliflər və rəy proqramın gələcək inkişafına yön verəcək.