FAQ – Tez-tez verilən suallar

Sualın varmı? Cavab bizdədir.

AFB Bank-da işə qəbul prosesi, təcrübə proqramı və müraciət mərhələləri barədə ən çox verilən suallara cavabları burada tap.

  • Aktiv vakansiyalar bölməsində maraqlandığın vəzifəni seçib “Müraciət et” düyməsinə klikləməklə və ya vakansiya adına uyğun başlıqla CV-ni qeyd olunan mail adresinə birbaşa göndərə bilərsən.


    Əgər hazırda uyğun vəzifə yoxdursa, “CV-ni göndər” formu vasitəsilə məlumatını bizə ötür — gələcək imkanlar üçün sənə müraciət edə bilərik.

  • Bütün müraciətlər diqqətlə nəzərdən keçirilir.
    Əgər uyğun namizəd profili müəyyən olunarsa, adətən 2 həftə ərzində səninlə əlaqə saxlanılır.
    Uyğunluq olmadığı halda, məlumatların gələcək vakansiyalar üçün bazamızda saxlanılır.

  • İşə qəbul mərhələləri vakansiyadan asılı olaraq dəyişə bilər, lakin ümumilikdə belədir:
    1️. CV və ilkin seçim
    2️. Test və ya praktiki tapşırıq (əgər tələb olunursa)
    3️. Müsahibə mərhələsi
    4️.  İş təklifi mərhələsi

     Məqsədimiz şəffaf, obyektiv və rahat bir seçim təcrübəsi yaratmaqdır.

  • Təcrübə proqramlarımız əsasən son kurs tələbələri və yeni məzunlar üçün nəzərdə tutulub.
    Proqramlar üzrə elanlar “Aktiv vakansiyalar” bölməsində yerləşdirilir və seçim prosesi real iş mühitində öyrənməyə əsaslanır.

  • Hər zaman yox.
    Bizim üçün əsas olan öyrənməyə maraq, məsuliyyət və komanda ruhudur.
    Yeni başlayanlar üçün adaptasiya və mentor dəstəyi təqdim olunur.

  • Bəli.
    Hər əməkdaşın fərdi inkişaf ehtiyaclarına uyğun təlimlər, yönləndirmə və geri dönüş dəstəyi mövcuddur.
    İnkişaf bizim mədəniyyətimizin əsas hissəsidir — hər kəs üçün öyrənmək və irəliləmək imkanı yaradılır.

  • Bəli, mütləq!
    Biz aktiv olmayan müraciətləri də gələcək fürsətlər üçün dəyərləndiririk.
    Yeni vakansiyalar açıldıqda uyğun namizədlərlə əlaqə saxlanılır.