Pərakəndə və Mikro kreditlərin təqibi üzrə mütəxəssis / aparıcı mütəxəssis / Baş mütəxəssis

Bakı / Problemli kreditlərin idarəetməsi deparatmenti

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı ş., Yasamal r-nu, Nəriman Nərimanov pros. 206/466 ( Baş ofis) 

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali təhsil;
  • Müvafiq və ya bank işi sahəsində  1- 3 illik iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli və Rus dili isə arzuolunandır;
  • MS Office proqramında işləyə bilmək bacarığı.
  • İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;
  • Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;
  • Müştərilərlə davranış etikası.

 

İŞİN TƏSVİRİ:

  • Problemli kreditlər üzrə ilkin təqibin aparılması, gecikmiş kredit sənədlərinin idarə olunması və sənədlərin yoxlanılmasının həyata keçirilməsi;
  • Borclularla görüşlərin keçirilməsi, problemlərin yaranma səbəbləri araşdırılması və effektiv həll yolları müəyyən edilməsi;
  • Bankın məhkəmə instansiyalarında təmsil olunması,  iddia və şikayətlər hazırlanması, məhkəmə qətnamələrinin icrasına nəzarət edilməsi;
  • Girovlu kreditlər üzrə qiymətləndirmə və hərrac proseslərində iştirak olunması və bankın maraqlarının qorunması;
  • Problemli kreditlərin həlli üçün təkliflərin hazırlanması və gündəlik məlumatların sistemə daxil edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi. 

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Pərakəndə və Mikro kreditlərin təqibi üzrə mütəxəssis / aparıcı mütəxəssis / Baş mütəxəssis  qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.