Pərakəndə Müştəri idarəetməsi üzrə kiçik mütəxəssis/ mütəxəssis/ aparıcı mütəxəssis

Pərakəndə Bankçılıq Mərkəzi / Pərakəndə Müştəri idarəetməsi şöbəsi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı ş., Yasamal r-nu, Nəriman Nərimanov pros. 206/466 ( Baş ofis) 

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali təhsil;
  • Analitik düşüncə qabiliyyəti və məlumatlarla işləmə bacarığı (Excel (Advanced),SQL (İntermediate), Power BI/Tableau (İntermediate) və  analitik alətlər üzrə bilik üstünlükdür);
  • CRM sistemləri və müştəri məlumat bazaları ilə işləmə təcrübəsi;
  • Məlumatların məxfiliyinə və dəqiqliyə riayət etmə vərdişi;
  • Yaxşı ünsiyyət və təqdimat bacarığı;
  • Azərbaycan dili sərbəst, rus və ingilis dilləri arzuolunandır.
  • Bank sektorunda minimum 1 il iş təcrübəsi

 

İŞİN TƏSVİRİ:

  • Müştəri seqmentlərini izləmək, aktivlik və churn analizləri aparmaq.
  • CRM sistemində müştəri məlumatlarının düzgünlüyünə nəzarət.
  • Loyallıq və müştəri saxlama kampaniyalarının icrasında iştirak.
  • Müştəri rəyləri və davranış göstəricilərinə əsasən hesabatlar hazırlamaq.
  • Kampaniya nəticələrinin təhlilini aparmaq və təkmilləşmə təklifləri vermək.
  • Müştəri xidməti proseslərində təkrarlanan problemləri müəyyənləşdirmək.
  • Struktur və Şöbə rəhbərinin verdiyi tapşırıqları vaxtında və dəqiq icra etmək.
  • CRM və digər sistemlər üzrə təkmilləşdirmə təklifləri vermək.
  • Müştəri təcrübəsini artıran təşəbbüslərin hazırlanmasında iştirak.
  • Bankdaxili bölmələrlə (Marketinq, Rəqəmsal, Əməliyyat və s.) koordinasiyalı işləmək.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Pərakəndə Müştəri idarəetməsi üzrə kiçik mütəxəssis /mütəxəssis/aparıcı mütəxəssis qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.