Online satış üzrə təcrübəçi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  •  Ali təhsil;
  • Bank sahəsinə maraq (təcrübə olması üstünlükdür, lakin tələb olunmur);
  • MS Office proqramları üzrə baza bilikləri (xüsusilə MS Excel);
  • Azərbaycan dilində sərbəst danışıq, rus və ingilis dili bilikləri üstünlükdür;
  • Analitik düşünmə və məsuliyyətlilik;
  • Ünsiyyət və komandada işləmək bacarığı;
  • Öyrənməyə açıq, təşəbbüskar və diqqətli olmaq.

 

 

İŞİN TƏSVİRİ:

  • Onlayn kanallar vasitəsilə daxil olan müraciətlərin ilkin yoxlanılması və qeydiyyatı;
  • Kredit məhsulları və şərtləri üzrə müraciətlərin kriteriyalara uyğun ilkin təhlilində dəstək göstərilməsi;
  • Onlayn kredit müraciətləri üzrə tələb olunan sənədlərin toplanmasında və sistemləşdirilməsində iştirak;
  • Təsdiq edilmiş kreditlər üzrə sənədləşmə prosesində komanda üzvlərinə dəstək;
  • Müştərilərin banka cəlb olunmasına yönəlmiş fəaliyyətlərdə iştirak;
  • Çarpaz satış imkanlarının araşdırılması və satış komandası ilə koordinasiyalı işləməkdə dəstək.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Online satış üzrə təcrübəçi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Təcrübən bizə maraqlıdır!