Online satış üzrə mütəxəssis/ aparıcı mütəxəssis / baş mütəxəssis

Bakı / Pərakəndə Bankçılıq Mərkəzi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan:Bakı ş., Yasamal r-nu, Nəriman Nərimanov pros. 206/466 ( Baş ofis)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali təhsil;
  • Minimum 1-3 il bank təcrübəsi (Müştəri xidmətləri, pərakəndə satış bölmələrində);
  • MS Office (xüsusilə MS Excel) proqram bilikləri;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus və ingilis dilini bilmək üstünlükdür;
  • Ünsiyyət və komandada işləmək bacarığı;
  • Təşəbbüskar və yeniliyə açıq olmaq.

 

İŞİN TƏSVİRİ:

  • Onlayn kanallar vasitəsi ilə edilən müraciətlərin Bankın kredit siyasəti, Kreditləşmə qaydaları, Kredit məhsulları şərtləri çərçivəsində qeyd olunmuş kriteriyalara uyğun müəyyənləşdirilməsi;
  • Müəyyənləşdirilən müştərilərin banka qazandırılmasına yönəlmiş fəaliyyətlərin göstərilməsi;
  • Onlayn kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komissiyasına  çıxarılması;
  • Təsdiq edilmiş kreditlər üzrə zəruri sənədləşmənin tərtib edilməsi və rəsmiləşdirilməsi üçün uyğun filial əməkdaşına yönəldilməsi;
  • Çarpaz satış imkanlarının araşdırılması, digər satış və əməliyyat qrupu ilə birlikdə çarpaz satışlar istiqamətində koordinasiyalı olaraq fəaliyyət göstərilməsi.

 

 Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Online satış üzrə mütəxəssis/ aparıcı mütəxəssis / baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.