"Mən AFB Bankı necə görürəm?" – uşaqların gözü ilə AFB

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə AFB Bank-da uşaqlar üçün “Mən AFB Bankı necə görürəm?” mövzusunda xüsusi tədbir təşkil edilmişdir.

Tədbir çərçivəsində uşaqlar öz yaradıcılıqlarını nümayiş etdirərək AFB Bank haqqında təsəvvürlərini rəsm əsərlərində əks etdirmişlər. Balaca iştirakçıların təqdim etdiyi rəngarəng və maraqlı işlər böyük maraqla qarşılanmış, onlara iştiraklarına və yaradıcılıqlarına görə təşəkkür əlaməti olaraq müxtəlif hədiyyələr təqdim edilmişdir.