Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis

Bakı / Biznes Bankçılıq Mərkəzi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı ş., Yasamal r-nu, Nəriman Nərimanov pros. 206/466 ( Baş ofis)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali təhsil;
  • Bank sektorunda müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Bank qanunvericiliyi bilikləri;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı;
  • Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
  • MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
  • Məsuliyyətlilik və dəqiqlik.

 

 İŞİN TƏSVİRİ:

  •  Korporativ müştərilərin kredit müraciətlərini qəbul edir, ilkin təhlil aparır və maliyyə hesabatlarını analiz edərək ödəmə qabiliyyətini və risk səviyyəsini qiymətləndirir.
  • Kredit risklərini müəyyən edib əsaslandırılmış rəy hazırlayır, təminatların adekvatlığını yoxlayır və kredit dosyelərinin tamlığını təmin edir.
  • Kredit sənədlərinin düzgün hazırlanmasına nəzarət edir, kredit komitəsinə təqdimatlar hazırlayır və qərarların icrasını izləyir.
  • Mövcud kredit portfelini monitorinq edir, gecikmələri və problemli kreditləri erkən aşkar edərək müvafiq tədbirlər görülməsinə dəstək olur.
  • Müştərilərlə əlaqələri idarə edir, yeni kredit imkanları üzrə təkliflər hazırlayır və rəhbərliyə hesabatlar təqdim edərək digər şöbələrlə koordinasiyalı fəaliyyət göstərir. 

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.