İnformasiya və Kiber təhlükəsizlik üzrə Baş mütəxəssis

İnformasiya təhlükəsizliyi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali təhsil (Bakalavr);
  • İnformasiya təhlükəsizliyi sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək;
  • Kibertəhlükəsizlik sistemləri, şəbəkə protokolları, şəbəkə və informasiya sistemi infrastrukturu üzrə güclü biliklər. Linux, MS Windows, Active Directory üzrə mükəmməl biliklər;
  • EDR, WAF, NGFW, IDS/IPS və SIEM kimi həllər üzrə güclü biliklər və müvafiq sistemlərdə təhlükəsizlik siyasətlərinin müəyyən olunması və tətbiqi təcrübəsi;
  • Təhlükəsizlik monitorinqi, ümumi hücum növlərinin araşdırılması, təhlükəsizlik hadisələrinin və insidentlərinin incələnməsi, şəbəkə trafiki analizi və log analizi təcrübəsi;
  • CIS və SCAP bençmarkları haqqında biliklər, bençmarkların sistemlərdə tətbiqi və uyğunluğunun yoxlanılması;
  • PCI-DSS, ISO27001, NIST üzrə təhlükəsizlik tələblərinə uyğunluğun təmin olunması üçün monitorinqlərin aparılması və tətbiq üçün tövsiyələrin verilməsi;
  • Malware Analysis metodologiyalarının araşdırılması;
  • Powershell, Bash, Phyton  üzrə script yazılması və işlərin avtomatlaşdırılması;
  • Burpsuite, Tenable Nessus kimi proqram alətləri vasitəsilə təhlükəsizlik boşluqları və zəifliklərinin avtomatlaşdırılmış aşkar olunması və testlərin aparılması;
  • CompTIA CySA+, eCPPT, CEH və s. kimi sertifikatlar üstünlük təşkil edir və sertifikatlar üzrə uyğun biliklərin olması;
  • İnkişafa meyillilik, bilik və bacarıqlara yiyələnmək üçün daim öz üzərində inkişaf etmək bacarığı, ideya və təkliflər vermək bacarığı;
  • Komanda ilə işləmə və ünsiyyət qurma bacarığı, proaktiv olmaq;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik.

 

İŞİN TƏSVİRİ:

  • Sistemlərdə informasiya təhlükəsizliyi hadisələrini izləmək və insidentlərə cavab tədbirlərini görmək, təhlükəsizlik xəbərdarlıqlarını analiz etmək;
  • Təhlükəszilik insidentləri zəiflikləri barədə hesabatlar hazırlamaq və təqdim etmək, aradan qaldırılmasına nəzarət etmək;
  • Şəbəkə və sistem təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik siyasətlərini tərtib etmək və tətbiq etmək;
  • Kibertəhlükəsizlik sahəsində ən son trendləri və təhdidləri izləmək və uyğun tədbirlər görmək.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnformasiya və Kiber təhlükəsizlik üzrə baş mütəxəssis qeyd edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.