Biznes Proseslər və Metodologiya üzrə aparıcı mütəxəssis
Bakı / İnsan Kapitalı departamenti
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
İŞİN TƏSVİRİ:
- Bankın mövcud biznes proseslərinin AS-IS xəritələrini müstəqil tərtib etmək və təsdiq üçün hazırlamaq;
- TO-BE proses modellərinin dizaynında iştirak etmək və menecerin rəhbərliyi altında hazırlıqları tamamlamaq;
- Proses dar boğazlarını və əlavə dəyər yaratmayan mərhələləri müəyyən etmək, optimallaşdırma üzrə təkliflər hazırlamaq;
- Yeni proses və məhsul hazırlanması zamanı metodoloji uyğunluğun təmin edilməsinə dəstək göstərmək;
- Şöbə işlərinin planlaşdırılmasında menecerə köməklik etmək və tapşırıqları müəyyən edilmiş qaydada icra etmək;
- Proses monitorinqi üzrə hesabatları hazırlamaq və menecer tərəfindən müəyyən edilmiş müddətdə təqdim etmək;
- Yeni işçilərin adaptasiyası zamanı metodoloji materiallar üzrə dəstək göstərmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Biznes Proseslər və Metodologiya üzrə aparıcı mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.