Baş auditor/Bölmə rəhbəri

Bakı / Daxili Audit departamenti

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

       NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

 

  • Ali təhsil;
  • Bank auditi, mikro kredit, anderraytinq sahəsində 3-4 il təcrübə;
  • Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
  • Audit və daxili nəzarət tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar;
  • Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər;
  • Bank qanunvericiliyi və digər qanuvericilik aktları üzrə biliklər;
  • Maliyyə hesabatları üzrə təhliletmə bacarığı, mühasibat yazılışları haqqında biliklər;
  • Avtomatlaşdırılmış Bank İnformasiya sistemindən (ABİS) əldə olunan iri həcmli məlumatlarrı təhlil etmə bacarığı;
  • Effektiv şifahi və yazılı kommunikasiya qurmaq o, cümlədən audit hesabatlarının və təqdimatlarının hazırlanması üzrə biliklər;
  • Komandada işləmə bacarığı, təşəbbüskarlq, öz bilik və bacarıqlarını davamlı inkişaf etdirmək istəyinin olması;
  • MS Office proqramları üzrə (xüsusi ilə Excel) yüksək səviyyəli praktiki bacarıqlar (SQL üzrə bilik və bacarıqların olması üstünlükdür);
  • Data analitika, Aİ üzrə bilklər (sertifikatın olması üstünlükdür);
  • Beynəlxalq Daxili Audit standartları, Daxili audit etikası (ACCA, CPA və ya CIA kimi beynəlxalq sertifikatlara malik olmaq üstünlük sayılır);
  • Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri (məs,COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar biliklər.

 

 
  İŞİN TƏSVİRİ:
  • Bank üzrə illik audit planının hazırlanması ilə bağlı departament direktoruna təkliflər təqdim edir;
  • Təsdiq edilmiş audit planına uyğun olaraq, bankda nəzarət və risklərin idarə edilməsi sistemlərinin auditini aparır;
  • Bankın risklərin idarə edilməsi sistemini mütəmadi təhlil və təftiş edir, mövcud risklərin səviyyəsini qiymətləndirir;
  • Nəzarət sistemlərinin və korporativ idarəetmə mexanizmlərinin adekvatlığını qiymətləndirir;
  • Normativ-hüquqi aktların və bankdaxili prosedurların icrası vəziyyətini audit edir, onlara edilmiş dəyişikliklərin nəzarət sistemlərinə təsirini qiymətləndirir və bu barədə rəy verir;
  • Audit nəticələri, verilmiş tövsiyələr və onların icra müddətləri barədə hesabatlar tərtib edir, həmçinin tövsiyələrin icrasına nəzarət edir;
  • Dələduzluq və sui-istifadə hallarının aşkarlanmasında və araşdırılmasında iştirak edir;
  • Aşkarlanmış qeyri-səmərəliliklər, hadisələr və işdə ləngimələr barədə, həmçinin bank üçün əhəmiyyət kəsb edən digər müşahidələr barədə departament direktorunu məlumatlandırır;
  • Audit fəaliyyəti ilə bağlı qanunvericilik və beynəlxalq standartlara uyğun olaraq digər aidiyyəti vəzifələri icra edir;
  • Bankın daxili qaydaları ilə məyyən edilmiş öhdəlikləri yerinə yetirir və tələblərə riayət edir;
  • Departament direktorunun tapşırığı ilə ona həvalə edilən digər işləri yerinə yetirir. 
     
     

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Baş auditor/Bölmə rəhbəri” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.