Baş Android mühəndisi
Rəqəmsal Bankçılıq sahəsi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (İT, Biznes, Kompüter Elmləri və s.);
- Kotlin proqramlaşdırma dili üzrə minimum 2 il praktiki təcrübə;
- Jetpack Compose ilə işləmə təcrübəsi;
- MVVM arxitekturası və layer bölgüsü prinsipləri barədə bilik;
- REST API və JSON istifadə etməklə client-server tipli tətbiqlərin hazırlanması üzrə təcrübə (Retrofit / OkHttp);
- Kotlin Coroutines və Flow ilə asinxron proseslərin idarə edilməsi bacarığı;
- Dependency injection (Hilt və ya Dagger) ilə işləmə təcrübəsi;
- Təqdim olunmuş dizaynların mobil tətbiqə düzgün şəkildə tətbiq edilməsi;
- Gradle ilə işləmə təcrübəsi;
- Git versiya idarəetmə sistemi ilə işləmə bacarığı;
- Google Play Console ilə işləmə təcrübəsi;
- Error tracking və crash monitorinq sistemləri ilə işləmə təcrübəsi (Firebase Crashlytics və s.);
- Komanda ilə işləmək və kiçik təcrübəli əməkdaşlara dəstək göstərmək bacarığı;
- Bank və ya fintex sahəsində iş təcrübəsi, CI/CD prosesləri ilə tanışlıq və Üçüncü tərəf SDK inteqrasiyaları üzrə təcrübə (ödəniş sistemləri, elektron imza, identifikasiya həlləri) üstünlük sayılır.
İŞİN TƏSVİRİ:
- Bankın Android mobil tətbiqinin yeni funksionallıqlarının hazırlanmasında iştirak etmək;
- Mövcud mobil tətbiqin texniki dəstəyini və təkmilləşdirilməsini həyata keçirmək;
- Mobil tətbiq üçün tələb olunan API və digər texniki həllərin hazırlanması prosesində digər proqramçılarla əməkdaşlıq etmək;
- Mövcud tətbiqin kod strukturunu analiz etmək və zəruri dəyişiklikləri həyata keçirmək;
- Tətbiqdə yaranan texniki problemləri müəyyənləşdirmək və aradan qaldırmaq;
- Tətbiqin buraxılış prosesində və buraxılışdan sonrakı monitorinqində iştirak etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Baş Android mühəndisi” qeyd edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.