AFB Bankdan yaşıl gələcəyə töhfə: ağacəkmə aksiyasında iştirak

24.04.2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının təşkil etdiyi ağacəkmə tədbirində AFB Bank əməkdaşları fəal iştirak etmişdir. Tədbir çərçivəsində ətraf mühitin mühafizəsi və ekoloji məsuliyyətin artırılması məqsədilə müxtəlif növ ağaclar əkilmişdir.