AFB Bankda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə AFB Bankın Baş ofisində əməkdaşlarımızın övladları üçün xüsusi tədbir təşkil olunmuşdur. Tədbirin əsas məqsədi uşaqlara göstərilən diqqət və qayğını, onların sağlam və xoşbəxt inkişafına verilən dəyəri bir daha ön plana çıxarmaq olmuşdur.
Tədbir çərçivəsində uşaqlar valideynlərinin iş mühiti ilə tanış olmuş, Baş ofis üzrə ekskursiyada iştirak etmiş və onlar üçün nəzərdə tutulan müxtəlif əyləncəli və maarifləndirici fəaliyyətlər həyata keçirilmişdir.