AFB Bank-dan maliyyə savadlılığı istiqamətində növbəti təşəbbüs

AFB Bank maliyyə savadlılığının artırılması istiqamətində fəaliyyətlərini davam etdirərək şagirdlər üçün maarifləndirici təlim təşkil edib. Təlim zamanı iştirakçılara pulun düzgün idarə olunması və maliyyə qərarlarının verilməsi ilə bağlı əsas biliklər interaktiv şəkildə təqdim olundu. Sessiya ərzində fəallıq göstərən və sualları düzgün cavablandıran şagirdlər bank tərəfindən mükafatlandırıldı.