AFB Bank-da “English Conversation” Sessiyaları: Ünsiyyət və İnkişaf Platforması
AFB Bank-da keçirilən English Conversation sessiyaları artıq əməkdaşlarımız üçün ünsiyyət, fikir mübadiləsi və inkişaf platformasına çevrilib. Hər görüş açıq müzakirələr, real situasiyalar üzərindən danışıq və interaktiv yanaşma ilə daha canlı və dinamik keçirilir. Məqsədimiz sadəcə danışmaq deyil – daha sərbəst ünsiyyət qurmaq, özünü ifadə etmək və birlikdə öyrənməkdir.
Bu sessiyalar öyrənmək, paylaşmaq və birlikdə inkişaf etmək üçün ideal mühit təqdim edir.