AFB Bank BDU-da keçirilən “Peşəkar gələcəyə doğru körpü” Karyera Sərgisində
21 oktyabr 2025-ci il tarixində Bakı Dövlət Universitetində təşkil olunan “Peşəkar gələcəyə doğru körpü” adlı Karyera Sərgisində AFB Bank nümayəndələri gənclərlə bir araya gəlmişdir. Tədbir çərçivəsində tələbələrin peşəkar inkişaf imkanları, bank sektorunda karyera perspektivləri və gələcəyin kadrları ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılmışdır.