AFB Bank Bakı Ali Neft Məktəbində keçirilən “Bankların Karyera Sərgisi 2026” tədbirində

13 mart 2026-cı il tarixində Bakı Ali Neft Məktəbində təşkil olunan “Bankların Karyera Sərgisi 2026” çərçivəsində AFB Bank əməkdaşları tələbələrlə görüş keçirmişdir. Görüş zamanı gənclərlə bank sahəsində karyera imkanları, peşəkar inkişaf istiqamətləri və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılmışdır.

AFB Bank gələcəyin peşəkarlarının inkişafına töhfə verməyə və gənclərin karyera yolunu dəstəkləməyə davam edir.